...

Azərbaycanın səhmlər bazarında təklif tələbatı ödəmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qlobal investorların yerli bazara böyük marağını müşahidə edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında QKDK sədri Rüfət Aslanlı bildirib.

"Qafqaz regionu həmişə qlobal investorların diqqət mərkəzində olub, Azərbaycan isə iqtisadi vəziyyət və investisiya cəlbediciliyinə görə regionun lideridir. Buna görə də Azərbaycana həmişə maraq olub və biz bunu daim hiss edirik", - Aslanlı deyib.

Onun sözlərinə görə, investorları yalnız istiqrazlar deyil, səhmlər bazarı da çox maraqlandırır.

"İnvestorlar istiqrazların alışı zamanı riskləri azaltmaq məqsədilə dövlət qiymətli kağızlarına üstünlük verirlər. Lakin dövlət büdcəsindəki sabit vəziyyəti nəzərə alaraq, Maliyyə Nazirliyi dövlət istiqrazlarının aktiv buraxılışına getmir. Ənənəvi olaraq, son illərdə Maliyyə Nazirliyi ilin ikinci yarısında kiçik həcmlərlə vərəqələr buraxır. Bu, əsasən, ölkənin maliyyə bazarında fəallığın saxlanması məqsədilə edilir. Mərkəzi Bankın notlarının gəlirliliyi isə aşağı səviyyədədir ki, bu da makroiqtisadi sabitliyin göstəricisidir və investorlar öz maraqlarını təmin edə bilmirlər", - Aslanlı bildirib.

Səhmlər bazarına gəldikdə isə yerli bazarlarda təklif qlobal bazarlardakı tələbatdan dəfələrlə azdır, buna görə də bazara çıxarılan istənilən alət alınır.

"Maraq var, ancaq bu marağı qarşılamaq üçün təklifləri təmin etmək lazımdır. Bu, "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı"nın istiqamətlərindən biridir", - Aslanlı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti