...

Gürcüstanda Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində tunelin tikintisi gələn ay bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 15:56 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsində tunelin tikintisi may ayında bərpa ediləcək.
Gürcüstanda Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində tunelin tikintisi gələn ay bərpa ediləcək

Gürcüstan, Tbilisi, 26 aprel /Trend, müxbir N.Kirsxaliya/

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsində tunelin tikintisi may ayında bərpa ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili bildirib.

"Bildiyim qədərilə, tunelin tikintisi mayda bərpa olunmalıdır. Ərazilərin mühafizəsi ilə bağlı problemlər isə tikinti prosesində həll edilib", - o deyib.

Nazir əlavə edib ki, dəmiryolun qalan sahələrində tikinti işləri indi də aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti