...

Bakı Fond Birjasında yeni ticarət sistemi tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2013 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov/

Bakı Fond Birjası (BFB) yeni ticarət sisteminin tətbiqinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2013-cü ilin I rübü üzrə fəaliyyət hesabatında deyilir.

Hesabata əsasən, birjada yeni ticarət sisteminin tətbiq edilməsi məqsədilə qiymətləndirilmə aparılıb, sistemin ehtiyacları müəyyənləşdirilib və müvafiq texniki tapşırığın hazırlanması istiqamətində işlərə başlanılıb.

2013-cü ilin I rübündə BFB-da ticarət olunan alətlərin real bazar qiymətinin formalaşdırılmasını təmin etmək məqsədilə ticarətin hərraclar əsasında fasiləli rejimdə aparılması modulu işə salınıb.

Bu dövr ərzində qiymətli kağızlar bazarına dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması təşəbbüsləri davam etdirilib. "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramına uyğun olaraq "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsi, eləcə də Mülki Məcəlləyə müvafiq dəyişikliklər barədə qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və hər iki qanun layihəsinin yekun versiyaları dövlətdaxili prosedurların növbəti mərhələsinə ötürülüb. Bununla bərabər, "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun layihəsinin qəbul olunmasından irəli gələn alt normativ hüquqi aktların dairəsi müəyyən edilib və onların hazırlanmasına dair Fəaliyyət Planı tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti