...

Azərbaycanın qiymətli kağızlar bazarının həcmi qeyri-neft ÜDM-nin 25 faizini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2013 19:50 (UTC +04:00)
2013-cü ilin I rübü ərzində Azərbaycanın qiymətli kağızlar bazarının həcmi bütövlükdə 1,7 milyard manat olub ki, bu da ÜDM-in 12,9 faizini, qeyri-neft ÜDM-nin isə 25,2 faizini təşkil edir.
Azərbaycanın qiymətli kağızlar bazarının həcmi qeyri-neft ÜDM-nin 25 faizini ötüb

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov/

2013-cü ilin I rübü ərzində Azərbaycanın qiymətli kağızlar bazarının həcmi bütövlükdə 1,7 milyard manat olub ki, bu da ÜDM-in 12,9 faizini, qeyri-neft ÜDM-nin isə 25,2 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2013-cü ilin I rübü üzrə fəaliyyət hesabatında deyilir.

İqtisadiyyatın qeyri-neft sektorunun maliyyələşməsinə xidmət edən korporativ qiymətli kağızlar bazarı cari rüb ərzində yüksək templi artım nümayiş etdirib. Belə ki, dövr ərzində bazarın korporativ qiymətli kağızlar sektoru korporativ səhm və istiqrazların ilkin və təkrar bazarlarında canlanma tendensiyaları nəticəsində 65 faiz artaraq 146 milyon manat təşkil edib.

Hesabat dövründə ənənəvi olaraq səhmlərin ilkin bazarının ən aktiv iştirakçıları olan kommersiya banklarına qarşı kapital tələblərinin sərtləşdirilməsi şəraitində bankların səhm bazarından maliyyələşməsi artıb. Belə ki, dövr ərzində səhm bazarının bütövlükdə həcmi 2,2 dəfə artaraq 92 milyon manat təşkil edib. Səhm bazarının yüksək artım tempi bazarın ilkin və təkrar seqmentlərində də bərabər şəkildə əks olunub. Belə ki, səhm bazarının ilkin bazarı hesabat dövrü ərzində 2,7 dəfə, təkrar bazarı isə 1,9 dəfə artıb.

Rüb ərzində korporativ istiqrazlar bazarında əqdlərin sayı 50 faiz artıb, bazarın həcmi isə 17 faiz artaraq 54 milyon manat təşkil edib. Bununla yanaşı, AİF-in istiqrazları bazarı hesabat dövrü ərzində 2,6 dəfə artaraq 29 milyon manat təşkil edib. İpoteka istiqrazlarının ilkin bazarı 2,2 dəfə, təkrar bazarı isə 3 dəfə artıb. Özəl şirkətlər tərəfindən yerləşdirilən istiqrazların məbləği 9 faiz artaraq 18,5 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Mərkəzi Bank tərəfindən aşağı inflyasiya şəraitində yumşaq, stimullaşdırıcı pul siyasətinin aparılması ilə yanaşı, Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazları buraxılışının həyata keçirilməməsi dövlət qiymətli kağızlar bazarının 42 faiz geriləyərək 1,5 milyard manat təşkil etməsi ilə nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti