...

İqtisadi inkişaf naziri Samuxda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2013 19:04 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən Samuxda mayın 3-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı mayın 4-nə keçirilib.
İqtisadi inkişaf naziri Samuxda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən Samuxda mayın 3-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı mayın 4-nə keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 10:00-dan etibarən Samux şəhər 2 saylı orta məktəbdə keçiriləcək qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan nazirliyin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev meydanı, inzibati bina) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti