...

"British Airways"in yeni, təkmilləşdirilmiş А321 təyyarəsi Azərbaycanda yeri enib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 11:24 (UTC +04:00)
Bu yaxınlarda Azərbaycana qayıtmış "British Airways" aviaşirkəti özünə məxsus A321 tipli təyyarələrin hamısını yeniləşdirib. Bu, Azərbaycandan olan müştərilərinin uçuşlarının komfort və xidmət baxımından yüksək səviyyədə keçməsi üçün edilib.
"British Airways"in yeni, təkmilləşdirilmiş А321 təyyarəsi Azərbaycanda yeri enib (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu yaxınlarda Azərbaycana qayıtmış "British Airways" aviaşirkəti özünə məxsus A321 tipli təyyarələrin hamısını yeniləşdirib. Bu, Azərbaycandan olan müştərilərinin uçuşlarının komfort və xidmət baxımından yüksək səviyyədə keçməsi üçün edilib.

bmi aviaşirkətinin "British Airways"ə inteqrasiyası zamanı qərara alınmışdır ki, Azərbaycanda işləyən bütün A321 tipli təyyarələr yeniləşdiriləcək və təkmilləşdiriləcəklər. "Biznes" və "Ekonom klass" sərnişinləri yeni, təzələnmiş kreslolarla və müasir tələblərə cavab verən əyləncə texnologiyaları ilə təmin ediləcəklər.

Təyyarələrin yenidən təchiz edilməsinə 2012-ci ilin iyunundan başlanıb. İşlərin tam başa çatmasından sonra "Ekonom klass"la üçan sərnişinlər ekoloji cəhətdən təmiz kreslolar, tənzimlənən başaltılar və sensor ekranlı əyləncə sistemindən yararlana biləcəklər.

Öz növbəsində, "Biznes klass" sərnişinləri geniş sahəli, uzunluğu 198 santimetrli, qatlanan kreslolar, massaj xidmətindən, habelə oturacaqlar quraşdırılmış Avropa və Amerika elektrik rozetkalardan enerji mənbəyi kimi istifadə edə biləcəklər.

Geniş çeşidli video materiallarla yanaşı, göyərtə əyləncə sistemi sərnişinlərə təyinat və ticarət məntəqələri və hava limanları haqqında məlumat təqdim edəcək. Sərnişinlərin ixtiyarında, həmçinin, müxtəlif interaktiv oyunlar və valideyn nəzarəti opsiyalı, uşaqlar üçün nəzərdə tutulan xüsusi bölmə var.

"Biz yüksək səviyyəli servis və müştərilərimizə göstərdiyimiz xidmətlə fəxr edirik. Bakıdan havaya qalxan yeni, təkmilləşdirilmiş, komfortlu təyyarı, geniş çeşidli xidmət təklif edir: əyləncə sistemi, rahat kreslolar, mükəmməl keyterinq və s. Artıq "British Airways"lə uçmağın əsl zamanıdır", - "British Airways" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo De Renzis bildirib.

"British Airways" aviaşirkətinin Londona və digər şəhərlərə uçuş reyslərinin tam cədvəli ilə www.ba.com saytında tanış olmaq mümkündür. Sayt vasitəsilə müştərilər əlverişli tariflərlə bilet əldə edə, aviareyslərə qeydiyyatdan keçə bilərlər.

British Airways haqqında:
• Şirkət qış təqviminə uyğun olaraq Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər təklif edir. Bu, marşrut şəbəkəsi 75 ölkəni, 175 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir. Dünyanın ən irimiqyaslı beynəlxalq hava yolu olaraq hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır. Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - "Biznes" və "Ekonom". Şirkət yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır. "British Airways" həm göyərtədə, həm yerdə maksimal komfort yaratmaq məqsədilə iki il ərzində smart-texnologiyalarla təchiz olunmuş yeni təyyarələrə £ 5 milyarddan artıq sərmaye qoymuşdur.

Əlavə məlumat və KİV sorğuları üçün British Airways aviaşirkətinin Azərbaycandakı mətbuat nümayəndəliyinə müraciət edin.
Telefon - (012 4368509)
Email - [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti