...

“AXA MBASK” sığorta agentləri üçün şəxsi mobil marketinq imkanlarını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 14:10 (UTC +04:00)
Sığorta şirkətlərinin və sığorta agentlərinin fəaliyyətində hər müştəriylə fərdi yanaşmanın müstəsna əhəmiyyət kəsb etdiyini unutmayan "AXA MBASK" şirkəti yeni "AXA Messenger" adlı xidməti öz agentlərinə təqdim edir. Bu barədə bazar ertəsi şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.
“AXA MBASK” sığorta agentləri üçün şəxsi mobil marketinq imkanlarını təqdim edir

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Sığorta şirkətlərinin və sığorta agentlərinin fəaliyyətində hər müştəriylə fərdi yanaşmanın
müstəsna əhəmiyyət kəsb etdiyini unutmayan "AXA MBASK" şirkəti yeni "AXA Messenger" adlı xidməti öz agentlərinə təqdim edir. Bu barədə bazar ertəsi şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.

"AXA Messenger" xidməti "AXA MBASK" mütəxəssisləri tərəfindən, şirkətin ümumi sığortaçılıq proqramı olan Phoenix sistemi əsasında hazırlanmış bir rəqəmsal kampaniya idarəsi (Digital Campaign Managment) moduludur. Bu modul vasitəsilə agent öz adından (şirkətdən müstəqil olaraq), öz müştərilərinə həm fərdi, həm də toplu şəkildə Email və ya SMS-bildirişləri vasitəsi ilə marketinq xəbərləri yaya bilər.

"AXA Messenger" agentlərin qeydiyyat bazası ilə online rejimdə işlədiyi üçün, Email ve SMS-bildirişləri, müştəriyə mühüm hadisələr haqqında vaxtında xəbər çatdırmaq imkanı yaradacaq.
Belə ki, agentlər bu yolla sığorta ödənişin vaxtı, sığorta müqaviləsinin başa çatması və yaxud uzadılması gününün yaxınlaşdığı barədə xatırlatmalar və bunun kimi başqa xəbərləri öz vaxtlarına uyğun çatdırıla bilərlər.

Bununla yanaşı, agent SMS-bildirişlər vasitəsilə özü tərəfindən xüsusi təklif, aksiya, yeni xidmətlər bildirə, yaxud sığorta şirkətinin fəaliyyətinə dair müştəri üçün əhəmiyyətli olan başqa məlumatları ötürə bilər. Təbii ki, sms bildirişləri həmçinin müştərini bayram və ya şəxsi əlamətdar günləri münasibətilə təbrik etmək üçün də göndərilə bilər.

Bu hadisıni şərh edən "AXA MBASK" İdarə Heyəti sədrinin birinci müavini Selçuk Adıgüzel qeyd edib ki, "AXA Messenger agentlərimizə öz bineslərini daha asan və çevik idarə etməkdə yardımçı olar və bu, şübhəsiz, onların məhsuldarlığına, səmərəli fəaliyyətinə töhfə olacaq".

"Agent şəbəkəsi idarəsinin əsas vəsifəsi şirkətin bütün resurslarının və iş görmə metodlarının agentlerin ehtiyaçlarına uyğun formalaşdırılmasıdır. Məqsəd odur ki, agentlərimiz daxili əməliyyatlarına sərf etdikləri vaxtı azaldib, daha çox satış edərək, daha çox gəlir imkanı eldə etsinlər. Biz daim xidmət səviyyəsini yüksəltməyə çalışaraq ən müasir informasiya texnolojiləri tətbiq edirik. Bu layihələr agentlerimizin müştəri ilə təmaslarını və xidmətlərin keyfiyyətini artıraraq, satış potensialını qaldırır. Təcrübədən də gördüyümüz kimi, çox səmərəli olur", - Selçuk Adıgüzel əlavə edib.

Sığorta xidmətlərini daim təkmilləşdirməyi qarşıya məqsəd qoyan "AXA MBASK" geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Qısa müddət ərzində şirkətin həm paytaxtda, həm də bölgələrdə yaratdığı çoxşaxəli agent şəbəkəsi bu gün 80-dən artıq agentliklə ölkədə ən böyüyüdür. Bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti