...

"İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda "dəyirmi masa"lar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 16:40 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən sosial tərəfdaşlarla birgə "İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda "dəyirmi masa"lar keçirilir.
"İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda "dəyirmi masa"lar keçirilir

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən sosial tərəfdaşlarla birgə "İqtisadi inkişafımızın Heydər Əliyev modeli" mövzusunda "dəyirmi masa"lar keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək tədbirlərin xüsusi planı çərçivəsində keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin dövlət məşğulluq siyasətinin formalaşdırılması və həyata keçirilməsində, eyni zamanda, qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsində, sahibkarlığın inkişaf etdirilməsində misilsiz fəaliyyətindən bəhs olunur.

Mayın 8-dək davam edəcək tədbirlər ölkədə sosial rifah halının yüksəldilməsi, o cümlədən, işsizliyin aradan qaldırılması sahəsində ulu öndərin mühüm xidmətləri barədə cəmiyyətin daha geniş məlumatlandırılması məqsədinə xidmət edir. "Dəyirmi masa"larda həmçinin işəgötürənlərin məşğulluq xidmətində rolu, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri, bu sahədə qarşıda duran vəzifələr müzakirə olunur.

Tədbirlərdə müvafiq ərazi üzrə yerli icra hakimiyyətlərinin, həmkarlar təşkilatlarının, müəssisə, təşkilat, şirkət, firmaların nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti