...

Nazir müavini: Azərbaycanın Mənzil Fondu 20 il ərzində 30 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2013 12:06 (UTC +04:00)
Son 20 il ərzində Azərbaycan Mənzil Fondu 30 faiz artıb.
Nazir müavini: Azərbaycanın Mənzil Fondu 20 il ərzində 30 faiz artıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E. İsmayılov/

Son 20 il ərzində Azərbaycan Mənzil Fondu 30 faiz artıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova "Mənzil-kommunal sahəsində yeni münasibətlər" konfransı zamanı deyib.

Onun sözlərinə görə, son illər ərzində əhalinin real gəlirləri 3 dəfə artıb. Əhalinin gəlirlərinin artım şəraiti müavfiq olaraq xidmətlər sahəsinin, xüsusilə mənzil və kommunal xidmətlərin yaxşılaşdırılmasını tələb edir. Azərbaycan elektrik enerjisinə olan tələbatını tam təmin edib, xüsusilə respublika əhalisi elektrik enerjisinin fasiləsiz verilişilə təmin edilib, qaz təchizatının səviyyəsi artırılır, həmçinin içməli su təchizatının yaxşılaşdırılması üzrə fəal işlər aparılır.

"Əhalinin gəlirlərinin artması ilə son 20 ildə ölkənin Mənzil Fondu 30 faiz artıb ki, bu da olduqca ciddi göstəricidir", - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması üzrə bir sıra tədbirlər görülməsinə, xüsusilə 2009-cu ilin oktyabrında bu prosesləri tənzimləyən Mənzil Məcəlləsinin təsdiq edilməsinə baxmayaraq, bu sahədə problemlər hələ də mövcuddur.

"Nailiyyətlərdən başqa, kommunal sahədə hələ də həll edilməyən məsələlər qalır. Buna misal olaraq, Mənzil Fondunun idarə edilməsi məsələlərini göstərmək olar. 1980-ci ildən bu günədək Mənzil Fondunun 80 faizindən çoxu özəlləşdirilib", - nazir müavini qeyd edib.

Həsənova deyib ki, mülkiyyətçilər hələ də özəlləşdirmə çərçivəsində, xüsusilə özünüidarəetmə sahəsində öz səlahiyyətlərini kifayət qədər yaxşı başa düşmürlər. Bununla əlaqədar İqtisadi İnkişaf Nazirliyi mülkiyyətçilərin maarifləndirilməsi məqsədilə ölkənin şəhər və bölgələrində silsilə tədbirlər keçirir. Buna baxmayaraq, özünüidarəetmə prosesləri yeni tikililərdə daha yaxşı təşkil edilib, sovet dövründə tikilmiş köhnə binalarda daha pis vəziyyət müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti