...

Bakıda yol-nəqliyyat hadisələri yol infrastrukturuna ciddi ziyan vurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2013 18:56 (UTC +04:00)
Aprel ayının 30-da "Böyük Şor dairəsi" adlandırılan ərazidə Böyük Şor - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda "Peugeot" markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yol infrastrukturuna ciddi ziyan dəyib.
Bakıda yol-nəqliyyat hadisələri yol infrastrukturuna ciddi ziyan vurur

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.İsmayılov/

Aprel ayının 30-da "Böyük Şor dairəsi" adlandırılan ərazidə Böyük Şor - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda "Peugeot" markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yol infrastrukturuna ciddi ziyan dəyib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində yolun 12 poqon metr uzunluğunda metal çəpərlərinə zərər vurulub.

Nəqliyyat Nazirliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə ilə əlaqədar müvafiq protokol tərtib ediblər.

Mürsəlovun sözlərinə görə, həmin qəza bu gün Azərbaycan paytaxtında yol infrastrukturuna zərər verən ikinci belə hadisədir.

Belə ki, aprel ayının 30-da birinci Bakı Dairəvi Yolunda "Scania" markalı iri yük avtomobilinin iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində metal çəpərlərə dəymiş ziyanın ölçüsü 6700 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti