...

"Xalq Bank" kapitalını 8,7 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2013 12:32 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Xalq Bank"ın 183,68 milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Xalq Bank" kapitalını 8,7 faiz artırır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Xalq Bank"ın 183,68 milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Bu barədə Trend şənbə günü QKDK-nin saytına istinadən məlumat verir.

Məlumata görə, emissiyanın yerləşdirilməsi 50,6 manat nominalında 3,63 milyon səhmin 46,58 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.

Səhmlərin nominalının dəyişməsi nəticəsində bankın nizamnamə kapitalı 8,7 faiz artaraq 169 milyon manatdan 183,68 milyon manata çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti