...

"TuranBank" 2013-cü il 1 iyun tarixinə məcmu kapitalını 35,2 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2013 10:00 (UTC +04:00)
2013-cü il iyunun 1-nə "TuranBank"ın aktivlərinin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 5,3 faiz artaraq 228,6 milyon manat təşkil edib.
"TuranBank" 2013-cü il 1 iyun tarixinə məcmu kapitalını 35,2 faiz artırıb

Azərbaycan, Bakı, 9 iyun /Trend/

2013-cü il iyunun 1-nə "TuranBank"ın aktivlərinin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 5,3 faiz artaraq 228,6 milyon manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, hesabat dövrünə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 8,8 faiz, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 22,6 faiz artaraq 175,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının fəaliyyətdə olan bankların məcmu kapitalının 1 yanvar 2014-cü il tarixədək 50 milyon manata çatdırılması barədə qərara ilə əlaqədar olaraq, bankın nizamnamə kapitalı yenidən kapitallaşma prosesi nəticəsində 40 milyon manata çatdırılaraq 1 iyun 2013-cü il tarixinə ilin əvvəli ilə müqayisədə 33,3 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68 faiz artıb. Bankın məcmu kapitalı isə ilin əvvəli ilə müqayisədə 35,2 faiz artaraq 43,1 milyon manat təşkil edib. Bu da öz növbəsində Mərkəzi Bankın kapital artımı ilə bağlı banklar qarşısında qoyduğu tələbin böyük ölçüdə icra olunduğunu göstərir.

Cari ilin yanvar-may ayları üzrə bankın depozit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə 8,2 faiz artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri isə 2012-ci ilin analoji dövrü ilə müqayisədə 20,6 faiz artaraq 50,3 milyon manat təşkil edib.

Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla 5 hüquqi (23,84 faiz) və 22 fiziki şəxsdən (76,16 faiz) ibarətdir.

2013-cü ilin yanvar-may ayları üzrə fəaliyyətin nəticələrinə əsasən, "TuranBank"ın gəlirləri 8,6 milyon manat həcmində xərclərin müqabilində 10,8 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində bankın balans mənfəəti 2,2 milyon manat təşkil edib.

Hazırda bankın 14 satış nöqtəsi (onlardan 7-si regionlarda: Tovuz, Zaqatala, Gəncə, Ağstafa, Sumqayıt, Xaçmaz və Qazaxda yerləşir) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti