...

Azərbaycanın xarici ticarət dövriyyəsi 14 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2013 20:01 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-aprel aylarında 14,2 milyard ABŞ dolları təşkil edib, onun 11 milyard dollarlıq hissəsi ixracın, 3,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.
Azərbaycanın xarici ticarət dövriyyəsi 14 milyard dolları ötüb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycanın xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-aprel aylarında 14,2 milyard ABŞ dolları təşkil edib, onun 11 milyard dollarlıq hissəsi ixracın, 3,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 61 faizi inkişaf etmiş, 39 faizi inkişaf edən ölkələrin dövriyyəsinin hesabına formalaşıb. Bu dövr ərzində dünyanın 132 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 83 ölkəyə əmtəə ixrac olunub, 121 ölkədən idxal olunub.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti