...

Azərbaycanda vergi agentlərinin fəaliyyəti qanunvericilik səviyyəsində möhkəmləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 14:34 (UTC +04:00)
Azərbaycanda vergi agentlərinin fəaliyyəti qanunvericilik səviyyəsində möhkəmləndiriləcək.

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E. Əliyev/

Azərbaycanda vergi agentlərinin fəaliyyəti qanunvercilik səviyyəsində möhkəmləndiriləcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib:

"Faktiki olaraq artıq mövcuddur. Qanunvericiliyin incəliklərinə kifayət qədər bələd olmayan vergiödəyicilər bu məsələdə anlayışı olan mütəxəssislərə müraciət edirlər. Mütəxəssislər müəyyən mükafat müqabilində müvafiq tapşırıqları yerinə yetirirlər: bəyannamələri doldururlar, vergi ödənişilə bağlı digər məsələlər üzrə məsləhət verirlər. Lakin praktikada bu cür mütəxəssislər artıq mövcuddur. Hazırda onların fəaliyyətini rəsmi səviyyədə möhkəmləndirilməsi məsələsi gündəmdədir".

Onun sözlərinə görə, bu istiqamətdə çox ciddi iş aparılır. Vergi Məcəlləsində vergi agenti anlayışı var, bu istiqamətdə növbəti addımlar atılmalıdır.

Nazir müavini qeyd edib ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesi mütəmadi olaraq davam edir:

"Hazırda müvafiq strukrturlar tərəfindən nəzərdən keçirilən təkliflər paketini hazırlamışıq. Baş verəcək dəyişikliklər transfert qiymətlərinin müəyyənləşdirilməsinə də aiddir. Bu, Azərbaycanda yeni, vacib və çətin tətbiq edilən sahədir. Bəzi ölkələrdə bu sistem artıq işləyir. Məsələn, ötən ilin yanvarından Rusiyada müvafiq qanun qüvvəyə minib".

Ələkbərov qeyd edib ki, gələcəkdə qanunvericilikdə digər dəyişikliklərin edilməsi də planlaşdırılır. Onun sözlərinə görə, nazirliyin bu sahədə əsas məqsədi sahibkarlar və əhali üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti