...

Vergilər Nazirliyi tərəfdaşlıq haqqında ilk sazişləri artıq bu il imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 12:50 (UTC +04:00)
Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə ilk tərəfdaşlıq sazişlərini artıq bu il imzalayacaq.
Vergilər Nazirliyi tərəfdaşlıq haqqında ilk sazişləri artıq bu il imzalayacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Axundov/

Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə ilk tərəfdaşlıq sazişlərini artıq bu il imzalayacaq.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib: "Biz bütün şirkətlərlə əməkdaşlıq etməyə hazırıq. Heç bir məhdudiyyət yoxdur. Müvafiq normativ sənədlər qəbul olunan kimi biz şirkətlərlə görüşlərə başlayacaq. Tərəfdaşlıq sazişlərinin işi üçün hüquqi baza Vergi Məcəlləsinə son dəyişikliklərdə öz əksini tapıb. Bundan sonra biz normativ sənədlərin layihələrini hazırladıq. Bu paket hazırda müvafiq orqanlar tərəfindən müzakirə edilir".

Əmirov daha sonra deyib ki, "tərəfdaşlıq sazişlərinin tətbiqinin əsas məqsədi vergi orqanları ilə sahibkarlıq subyektləri arasında qarşılıqlı inamın artırılması, o cümlədən vergi ödəyicilərinin yoxlanılması sayının minimuma endirilməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti