...

Azərbaycanın cari transfertlər üzrə 36 milyon dollardan çox kəsiri yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-mart aylarının nəticələri üzrə Azərbaycanın xarici ölkələrlə həyata keçirdiyi əməliyyatların ümumi dəyəri 0,7 milyard dollar təşkil edib, bu vəsaitin 47,5 faizi ölkəyə daxilolmaların payına düşür.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankının tədiyyə balansında deyilir.

Cari transfertlər üzrə ümumi daxilolmalardan 95,3 faizini xarici fiziki şəxslərin pul köçürmələri, 1,5 faizini ölkəyə idxal edilən humanitar malların dəyəri, 3,2 faizini isə digər daxilolmalar təşkil edir.

Ümumlikdə, cari transfertlərlə əməliyyatlar üzrə mənfi saldo 36,5 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti