...

Xalq Bank "Daha çox köçür, daha çox qazan!" aksiyasına yenidən start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 10:32 (UTC +04:00)
10.06.2013 - 31.08.2013 tarixləri arasında Bankın filiallarında Western Union, Contact, Migom, PrivatMoney, Xpress Money, UPT və LİDER təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə "Daha çox köçür, daha çox qazan!" aksiyası çərçivəsində mobil operatorların danışıq dəqiqələri hədiyyə edilir.
Xalq Bank "Daha çox köçür, daha çox qazan!" aksiyasına yenidən start verdi

Azərbaycan, Bakı, 13 iyun /Trend/

10.06.2013 - 31.08.2013 tarixləri arasında Bankın filiallarında Western Union, Contact, Migom, PrivatMoney, Xpress Money, UPT və LİDER təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə "Daha çox köçür, daha çox qazan!" aksiyası çərçivəsində mobil operatorların danışıq dəqiqələri hədiyyə edilir. Bu aksiyanın şərtlərinə görə təcili pul köçürmələri sistemləri vasitəsi ilə 500 EUR/ 500 USD/ 15000 RUR məbləğindən artıq pul köçürən və yaxud qəbul edən müştərilərin mobil telefon balansına 25 dəqiqəyə qədər hədiyyə dəqiqələri yüklənəcək.

Xatırladaq ki, hazırda Xalq Bank təcili pul sistemləri vasitəsi ilə 200-dən artıq ölkəyə təcili pul köçürmələrini həyata keçirir.

Xalq Bankın filial şəbəkəsi 22 filialdan ibarətdir ki, onlardan altısı paytaxtda fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti