...

Nəqliyyat Nazirliyi: Kart sistemi Bakıda ictimai nəqliyyatın sürətini artıracaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 13:37 (UTC +04:00)
Bakı nəqliyyatında kart sisteminin tətbiqi ödəmə prosesini asanlaşdıracaq.
Nəqliyyat Nazirliyi: Kart sistemi Bakıda ictimai nəqliyyatın sürətini artıracaq (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.İsmaylov/

Bakı nəqliyyatında kart sisteminin tətbiqi ödəmə prosesini asanlaşdıracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, yeni ödəmə sisteminin tətbiqi sərnişinlərin avtobuslara giriş və çıxış prosesini asanlaşdıracaq və bu da nəticədə avtobusların marşrut üzrə hərəkət qrafiki sürətlənəcək: "Mən əminəm ki, bizim vətəndaşlar bu yenilikdən məmnun qalacaqlar".

Nazir müavininin sözlərinə görə, hazırda kart sisteminə keçidlə əlaqədar olaraq avadanlıqların quraşdırılması işləri, kartların istehsalı, sistemin təşkili, sərnişinlər üçün izahedici materialların hazırlanması, o cümlədən digər təşkilatı məsələlər həll edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti