...

İqtisadi inkişaf naziri Füzulidə vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 18:36 (UTC +04:00)
İyunun 22-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz şəhərində Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadi inkişaf naziri Füzulidə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 22-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz şəhərində Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Horadiz Şəhər Mədəniyyət Sarayında (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Həzi Aslanov küçəsi, 27) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlarla (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Yuxarı Qarabağ regional bölməsi (ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi, əlaqələndirici şəxs Ağa Ağayev, əlaqə telefonu: (026) 315-01-17, mobil (070) 245-06-06, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti