...

Dünya Bankı Azərbaycanı yoxsul ölkələrə yardım təşəbbüslərində iştirak etməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 18:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Güzəştli Maliyyə və Tərəfdaşlıqlar üzrə vitse-prezidenti Yoaxim Von Amsberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dünya Bankı Azərbaycanı yoxsul ölkələrə yardım təşəbbüslərində iştirak etməyə çağırır

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Güzəştli Maliyyə və Tərəfdaşlıqlar üzrə vitse-prezidenti Yoaxim Von Amsberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, həmçinin DB-nin texniki və maliyyə dəstəyinin uğurlu nəticələri müzakirə edilmişdir.

DB-nin nümayəndə heyətinin rəhbəri ölkənin sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək gələcəkdə Azərbaycanı yoxsul dövlətlərə yardım təşəbbüslərində iştirak etməyə dəvət etmişdir.

Y.Amsberq Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) fəaliyyəti, həyata keçirdiyi layihələr, qurumun resurslarının artırılmasında dövlətlərin rolu, donor ölkə kimi yoxsul ölkələrdə investisiya alətləri barədə məlumat vermişdir.

Öz növbəsində, E.Rüstəmov DB ilə Azərbaycan Mərkəzi Bankı arasındakı qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin yuxarı orta gəlirli ölkə statusu alması səbəbindən BİA-nın borc alan ölkələr siyahısından çıxmasını xüsusi vurğulamışdır.

E.Rüstəmov BİA-nın gələcəkdə Azərbaycanın inkişaf təcrübəsinin digər ölkələrlə bölüşməsi, eyni zamanda birgə layihələrdə investor qismində iştirak edilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın davam etdirilməsi təşəbbüsünün müsbət qarşılandığını qonaqların diqqətinə çatdırmışdır.

Görüşdə Azərbaycan hökuməti ilə DB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri, Birgə İqtisadi Tədqiqatlar və Maliyə Sektorunun Qiymətləndirilməsi proqramları müzakirə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti