...

Azərbaycanın ən böyük bankının səhmdarları İdarə Heyətinin sədrini seçiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 20:47 (UTC +04:00)
Səhmdarların qərarı ilə Cahangir Hacıyev növbəti dörd il müddətinə Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri seçilib.
Azərbaycanın ən böyük bankının səhmdarları İdarə Heyətinin sədrini seçiblər

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Səhmdarların qərarı ilə Cahangir Hacıyev növbəti dörd il müddətinə Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri seçilib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının ümumi toplantısında, həmçinin illik 5,2 faiz təşkil edən gəlirdən 14,1 milyonun dividendlərin ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edilib.

2012-ci ilin yekunlarına görə, bank ümumi dəyəri 52,9 milyon manat həcmində gəlir əldə edib. Ötən ilin yekunları üzrə ABB-nin ümumi gəlirlərinin həcmi 58,5 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti