...

Azərbaycanda hazır sənaye məhsulu ehtiyatlarının təqribən 6 faizi tikinti materiallarının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 139,9 milyon manat dəyərində məhsul istehsal ediblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 25,7 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Məlumata görə, bu ilin yanvar-may aylarında şirkətlər tərəfindən 779,7 min ton sement (il ərzində 17,6 faiz artım), 83,4 min ton tikinti gipsi (2,1 dəfə artım), 527 min ton hazır beton qarışığı (11 faiz artım) istehsal edilib.

2013-cü ilin iyun ayının 1-nə müəssisələrin anbarlarında 16,2 milyon manat dəyərində hazır tikinti məhsulu ehtiyatları yaradılıb ki, bu da ölkənin anbarlarında olan bütün hazır məhsulların 5,7 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti