...

Abdullah Gül: "Çıldır Aktaş" NBM-in açılması Türkiyə və Azərbaycan arasında əmtəə dövriyyəsinin artmasına səbəb olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 14:45 (UTC +04:00)
Türkiyə və Gürcüstan sərhədində yerləşən "Çıldır-Aktaş" nəzarət-buraxılış məntəqəsinin (NBM) istismara verilməsindən sonra Türkiyənin Ərdəhan vilayətindən Azərbaycana qədər qət ediləcək yolun müddəti 2-2,5 saat təşkil edəcək.
Abdullah Gül: "Çıldır Aktaş" NBM-in açılması Türkiyə və Azərbaycan arasında əmtəə dövriyyəsinin artmasına səbəb olacaq

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Gürcüstan sərhədində yerləşən "Çıldır-Aktaş" nəzarət-buraxılış məntəqəsinin (NBM) istismara verilməsindən sonra Türkiyənin Ərdəhan vilayətindən Azərbaycana qədər qət ediləcək yolun müddəti 2-2,5 saat təşkil edəcək. Trend-in "Ardahan Haberleri" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ərdəhan vilayətində səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, NBM-in yenidən qurulması işləri 52 milyon lirəyə başa gəlib.

Prezident qeyd edib ki, "Çıldır-Aktaş" NBM-in açılması qarşılıqlı investisiyaların və Türkiyə ilə qonşu ölkələr arasında əmtəə dövriyyəsinin artmasınə gətirib çıxaracaq.

Bundan əlavə, Gül bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolunun bir hissəsi Ərdəhandan keçəcək ki, bu layihənin reallaşdırılması vilayətdə də iqtisadi artıma səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti