...

"Bank of Baku" Bakcell abonentlərinə imtiyazlı "Bolkart" təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 16:27 (UTC +04:00)
"Bank of Baku" və Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" müştərək layihəyə start verirlər. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.
"Bank of Baku" Bakcell abonentlərinə imtiyazlı "Bolkart" təklif edir

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Bank of Baku" və Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" müştərək layihəyə start verirlər. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Layihə çərçivəsində Bakcell CİN abunəçiləri üstünlük və imtiyazlarla təmin edilmiş kart əldə edəcəklər. Bakcell CİN müştəriləri üçün nəzərdə tutulan xüsusi "Bolkart"ı 24 ay və daha artıq müddətə Bakcell CİN abunəçisi olan və son 12 ayda minimum 200 manatlıq mobil danışıq haqqı ödəyən "Bakcell" müştəriləri və "Bank of Baku"nun daimi müştəriləri əldə edə bilərlər.

"Bolkart-Bakcell" ilə Azərbaycanda, xaricdə, həmçinin onlayn qaydada "MasterCard" loqosu qeyd olunmuş bütün ticarət məkanlarında alış-veriş etmək mümkündür.

Kartın limiti iki hissədən ibarətdir:

1) Bolkart limiti: son 12 aydakı mobil rabitə ödənişinin 200%-i həcmində bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.

2) Avtomatik mobil rabitə ödənişi üçün aylıq limit: son 12 aydakı mobil rabitə ödənişinin 15%-i həcmində bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.

Misal. Əgər müştərinin son 12 ay ərzindəki mobil rabitə ödənişi 300 manatdırsa, o halda "Bolkart" üzrə limiti 600 manat, mobil rabitənin avtomatik ödənişi üçün limit isə aylıq 45 manat təyin edilir. Yəni kartı əldə etmiş müştərinin mobil nömrə üzrə balansı sıfırlandıqda, fasilə yaranmadan mobil rabitədən ay ərzində 45 manatlıq limit çərçivəsində istifadə edə bilər. Həm "Bolkart" üzrə limit, həm də mobil rabitə üzrə limitdən istifadə zamanı yaranan borc "Bank of Baku"ya ödənilir.

"Bolkart-Bakcell" kartını əldə etmək üçün hazırda müştərilər yalnız şəxsiyyət vəsiqəsilə "Bank of Baku"nun baş ofisində yerləşən Müştəri Xidmətləri Departamentinə və ya "Mərkəz" filialına baş çəkə bilərlər.

Layihə barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti