...

Bank of Baku-dan "MasterCard" loqolu "Bolkart"lar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 19:31 (UTC +04:00)
"MasterCard" şirkəti ilə ikitərəfli razılaşma çərçivəsində bu gündən "Bank of Baku" Bolkart kredit kartını "MasterCard" loqosu ilə müştərilərə təqdim etməyə başlayır. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.
Bank of Baku-dan "MasterCard" loqolu "Bolkart"lar

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"MasterCard" şirkəti ilə ikitərəfli razılaşma çərçivəsində bu gündən "Bank of Baku" Bolkart kredit kartını "MasterCard" loqosu ilə müştərilərə təqdim etməyə başlayır. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

İlkin dövrdə "MasterCard" loqolu "Bolkartı" "Bank of Baku"-nun paytaxt Bakıda yerləşən altı filialından - Baş İdarədə yerləşən Müştəri Xidmətləri Departamenti, "Mərkəz", "28 May", "Neftçilər", "Nəsimi" və "Bakıxanov" filiallarından əldə etmək mümkündür. Növbəti mərhələlərdə isə müştərilər kartı bankın bütün filiallarından əldə edə biləcək. "MasterCard" loqolu Bolkartı həm yeni ərizəçilər, həm də artıq kartın aktiv istifadəçisi olan, ödənişləri üzrə gecikməsi olmayan şəxslər Bolkart üzrə aktiv borcunu ödəməklə əldə edə bilər.

Yenilik sayəsində bundan belə, "MasterCard" "Bolkart" sahibləri yalnız Azərbaycanda deyil, həmçinin ölkəmizdən kənarda yerləşən çoxsaylı ticarət mərkəzlərində alış-veriş edə bilərlər.Kart sahibləri habelə MasterCard loqosu olan istənilən onlayn mağazada alış-veriş etmək imkanı əldə etmiş olurlar. MasterCard loqolu Bolkart xüsusi çiplə təmin edilib və bunun sayəsində POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahat olacaq.

Xatırladaq ki, bir qədər öncə "Bolkart-Nar" və "Bolkart-Bakcell" kobrend kartları dövriyyəyə buraxılıb. Bu kartlar da MasterCard loqosuna malikdir və sahiblərinə bir sıra üstünlüklər verir.

Bu gün artıq 110.000-dən çox insan "Bolkart"dan istifadə edir və bu rəqəm, Azərbaycanın hissə-hissə ödənişli kredit kartları arasında ən böyük rəqəmdir.

Yeni "MasterCard" "Bokart" barədə daha ətraflı məlumat üçün 145 Məlumat Mərkəzinə zəng etmək və ya www.facebook.com/bolkart səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti