...

Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Moldovada səfərdə olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 11:41 (UTC +04:00)
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Moldovada səfərdə olub.
Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Moldovada səfərdə olub

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Moldovada səfərdə olub.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı fondun rəsmi saytında dərc olunan məlumatda deyilir.

Məlumatda deyilir ki, səfər "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol" çərçivəsində təcrübə və məlumat mübadiləsi aparmaq məqsədi daşıyır.

Səfər zamanı fondun nümayəndə heyəti Moldovanın Milli Sosial Sığorta Kassasının sədri Mariya Borta ilə görüşüb.

Aparılan müzakirələr çərçivəsində Moldovanın məcburi dövlət sosial sığorta sistemi, Milli Sosial Sığorta Kassasında daxili auditin inkişafı və vəzifələri, kadrların idarəedilməsi mövzularında təqdimatlar keçirilib. Eyni zamanda görüşlərdə DSMF Aparatının Kadr və kadr hazırlığı şöbəsinin əməkdaşları tərəfindən İnsan resursları və onların idarəedilməsi və Azərbaycan Respublikasında "Dövlət Qulluqu haqqında Qanunun tətbiqi və əsas vəzifələri, eləcə də dövlət qulluğuna qəbul və əsas istiqamətlər barədə ətraflı məlumatlar verilib.

Səfər müddətində fondun əməkdaşları Moldovanın Milli Sosial Sığorta Kassasının Belc, Orxey və Botanik yerli idarələrinin iş şəraiti ilə tanış olaraq, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti