...

Azərbaycanda dövlət qulluqçusu kimi əmək pensiyası alanların sayı 12 min nəfəri ötür

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 11:53 (UTC +04:00)
1.04.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi əmək pensiyası alanların sayı 12 003 nəfər təşkil edir.
Azərbaycanda dövlət qulluqçusu kimi əmək pensiyası alanların sayı 12 min nəfəri ötür

Azərbaycan, Bakı, 21 iyun / Trend /

1.04.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi əmək pensiyası alanların sayı 12 003 nəfər təşkil edir. Onlardan 65,3 faizi yaşa görə, 24 faizi əlilliyə görə, 10,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Bu barədə cümə günü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaydığı məlumatda deyilir.

İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub.

Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. Hazırda Azərbaycanda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 342.3 manat təşkil edir.

Qeyd edək ki, 2013-cü il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 271 526 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti