...

QDTİB Access Banka 15 milyon dollar məbləğində kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2013 17:02 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Access Banka 15 milyon dollar məbləğində kredit ayırıb. Trend-in məlumatına görə, sənədi QDTİB-in sədri Andrey Kondakov və Access Bankın baş meneceri Mixail Xoffman imzalayıb.
QDTİB Access Banka 15 milyon dollar məbləğində kredit ayırıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.Əliyev/

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Access Banka 15 milyon dollar məbləğində kredit ayırıb. Trend-in məlumatına görə, sənədi QDTİB-in sədri Andrey Kondakov və Access Bankın baş meneceri Mixail Xoffman imzalayıb.

Xoffmanın sözlərinə görə, 3 il müddətə ayrılmış kredit kiçik və orta sahibkarlığın inkişafına istiqamətləndiriləcək.

O, deyib ki, Access Bankın kiçik və orta sahibkarlığın inkişafı üçün kredit portfeli 260 milyon dollar təşkil edir. "Bu da bankın ümumi kredit portfelinin 40 faizini təşkil edir" - deyə Xoffman əlavə edib.

QDTİB-in sədri Andrey Kondakov isə qeyd edib ki, bankın rəhbərlər şurası təkcə şənbə günü 11 üzv dövlətin 7 layihəsinə 100 milyondan artıq kredit ayırıb.

"Onlardan ən çoxu Azərbaycana aiddir. SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Access Banka 58 və 15 milyon dollar kredit ayrılıb" - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Qara dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının (QTİB) 15-ci illik toplantısı keçirilir.

Hazırda Yunanıstan, Rusiya və Türkiyə hərəsi 16.5 faiz olmaqla bankın səhmlərinə sahibdirlər. Rumıniya 14, Bolqarıstan və Ukrayna hər biri 13.5, Azərbaycan 5, Albaniya 2, Ermənistan və Moldova isə hərəsi 1, Gürcüstan 0.5 faiz səhmlərə malikdir.

Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan tərəfdən icraçı iqtisadi inkişaf naziri Şahin Mustafayev, onun müavini isə maliyyə naziri Samir Şərifovdur.

Xəbər lenti

Xəbər lenti