...

İran qaz-turbin avadanlıqlarının istehsalına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 17:48 (UTC +04:00)
İran qaz-turbin mühərriklərinin istehsalı üçün qabaqcıl texnologiyalar hazırlayıb.
İran qaz-turbin avadanlıqlarının istehsalına başlayıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbirlər F.Kərimov, Y.Kosolapova/

İran qaz-turbin mühərriklərinin istehsalı üçün qabaqcıl texnologiyalar hazırlayıb. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Beynəlxalq sanksiyalarla əlaqədar olaraq, xarici istehsalçılar hətta yüksək qiymətlərlə İrana qaz-turbin mühərrikləri satmayıblar. Buna görə də iranlı mütəxəssislər avadanlıq istehsalına başlayıblar.

Əgər sanksiyaların tətbiqinə qədər İran idxal olunan qaz-turbin avadanlığı üçün 15 milyard rial (təxminən 1,22 milyon dollar) ödəyirdisə, 5 ay ərzində belə avadanlığın ölkədə istehsalı 2,85 milyard riala başa gəlib.

Avadanlığın istehsalı üçün lazımi xammal yerli şirkət tərəfindən verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti