...

"Unibank" bayram günü də işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 20:36 (UTC +04:00)
"Unibank" 26 İyun - Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan xalqını təbrik edir. Bank bayram günündə də öz dəyərli müştərilərinə xidmət göstərməkdə davam edəcək.
"Unibank" bayram günü də işləyəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"Unibank" 26 İyun - Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan xalqını təbrik edir. Bank bayram günündə də öz dəyərli müştərilərinə xidmət göstərməkdə davam edəcək.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bayram günü 11 saylı (Dərnəgül) və 16 saylı (Baksovet) filiallar istisna olmaqla, Unibank-ın paytaxt və bölgələrdəki bütün filialları işləyəcək. Abşeron filialları saat 14:00-dan 18:00-dək, regional filiallar isə saat 09:00-dan 18:00-dək işləyəcək.

"Unibank"da müxtəlif peşə sahiblərinin bayramı münasibətilə möhtəşəm yay kampaniyası davam edir. Kampaniya çərçivəsində iyulun 15-dək "Unibank"dan kredit götürən dövlət qulluqçuları, hərbçilər və həkimlərə kreditlər 2% endirimlə verilir. Kreditin maksimal məbləği 7500 AZN-dək artırılıb, ödəniş müddəti isə 48 ayadək uzadılıb. Kampaniya çərçivəsində kredit götürən bu peşə sahiblərinə böyük imtiyazlar verən üzvlük kredit kartları hədiyyə ediləcək.

İndi bütün "Unibank" müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, "Unibank"ın CASH-in ödəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər. "Unibank" filialları həftənin 6 günü müştərilərin xidmətindədir. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti