...

"Rabitəbank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyun 2013 13:54 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Rabitəbank" ASC-nin 10 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Rabitəbank" kapitalını artırır

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Rabitəbank" ASC-nin 10 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend çərşənbə günü QKDK-nin rəsmi saytına istinadən məlumat verir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20,29 manat olan 492,85 min səhm buraxılacaq.

Bununla da, bankın nizamnamə kapitalı 40 milyon manatdan 50 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti