...

Əmlak Məsələləri Dövlət Komitəsi “EuroGeographics” Assosiasiyasının həqiqi üzvü seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2013 12:46 (UTC +04:00)
“EuroGeographics” Assosiasiyasına yeni qəbul edilmiş üzvlər sırasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi də vardır. Bu barədə cümə axşamı Trend-ə Dövlət Komitəsindən daxil olan məlumatda deyilir.
Əmlak Məsələləri Dövlət Komitəsi “EuroGeographics” Assosiasiyasının həqiqi üzvü seçilib

Azərbaycan, Bakı, 27 iyun / Trend /

Nüfuzlu beynəlxalq təşkilatlardan olan "EuroGeographics"in cari ilin 11-12 iyun tarixlərində Belçikanın Luven şəhərində keçirilən Baş Assambleyasında təşkilat üzvlərinin səsverməsi nəticəsində üç yeni qurum "EuroGeographics" təşkilatına üzv qəbul edilmişdir.

"EuroGeographics" Assosiasiyasına yeni qəbul edilmiş üzvlər sırasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi də vardır. Bu barədə cümə axşamı Trend-ə Dövlət Komitəsindən daxil olan məlumatda deyilir.

Qeyd edilməlidir ki, hazırda Assosiasiya 46 ölkədən olan xəritəçəkmə, kadastr və əmlak qeydiyyatı sahəsində ixtisaslaşmış 59 milli qurumu təmsil edir. Böyük Britaniyanın Ülyahəzrət Əmlak Qeydiyyatı Təşkilatı, Azərbaycan Respublikasından iki qurum - Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi təşkilata həqiqi üzv seçilmişlər. Bununla yanaşı, Gürcüstanın Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi üzvlüyə namizədlikdən həqiqi üzvə çevrilmişdir.
"EuroGeographics" qeyri-kommersiya təşkilatı olub, Avropa milli xəritəçəkmə, əmlak qeydiyyatı və kadastr üzrə səlahiyyətli üzvlük assosiasiyasıdır. Bu təşkilat özündə Portuqaliyadan Ukraynaya və İslandiyadan Türkiyəyə qədər olan 46 ölkənin 59 üzv qurumunu birləşdirir.
"EuroGeographics"in üzvləri hər il coğrafi informasiyanın inkişafına təxminən 1,5 milyard avro vəsait ayırmaqla dürüst milli məlumat bazalarının yaradılması, idarə edilməsi, istismarı və əlçatan edilməsi üçün ən müasir texnologiyalardan istifadə edirlər. Onlar birlikdə topoqrafik və əmlak informasiyası da daxil olmaqla milli məlumat bazalarının birləşdirilməsi və geniş diapazonlu müxtəlif istifadəçilərə çatdırılması məqsədi ilə bütün Avropa ölkələrinin yerləşmə strukturu üçün dəqiq infrastruktur yaradırlar.
"EuroGeographics" təşkilatının məqsədi qabaqcıl təcrübənin təşviqi, standart məlumat spesifikasiyalarının və taktikasının yaradılması yolu ilə üzvlərin fərdi coğrafi məlumat bazalarının uyğun olmasını və onların bir-biri ilə qarşılıqlı təmasını təmin etməkdir. Bu, ətraf mühit, biznes rəqabəti, dövlət xidmətləri, qanunvericilik sistemi, təhlükəsizlik və digər sahələr üçün ehtiyac duyulan siyasətlərin və qanunvericiliyin yaradılması məqsədi ilə Avropanı yüksəkkeyfiyyətli coğrafi informasiya ilə təmin edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti