...

Monteneqronun Beçiçi şəhəri arzuladığınız kurort məkanıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 17:34 (UTC +04:00)
Monteneqro (Beçiçi) – Sizin arzuladığınız kurort məkanıdır. Əgər siz Adriatik dənizinin sahilində, şəhərin səs-küyündən uzaq bir yerdə istirahət etmək istəyirsinizsə, o zaman Monteneqronun Beçiçi şəhərinə üz tuta bilərsiniz.
Monteneqronun Beçiçi şəhəri arzuladığınız kurort məkanıdır

Monteneqro (Beçiçi) - Sizin arzuladığınız kurort məkanıdır. Əgər siz Adriatik dənizinin sahilində, şəhərin səs-küyündən uzaq bir yerdə istirahət etmək istəyirsinizsə, o zaman Monteneqronun Beçiçi şəhərinə üz tuta bilərsiniz.

Beçiçi şəhərinə xoş gəlmisiniz!

Şəhərin füsünkar təbiəti, gözəl çimərliyi və insanların xoş rəftarı sizə xoş xatirələr bəxş edəcək. İstirahət etmək üçün ən ideal şəhərlərdən sayılan Beçiçi öz çimərliyi ilə bütün Avropada məhşurdur. Şəhər öz çimərliyinin təmizliyi və mənzərəsinə görə 1936-cı ildə Parisdə "Qran Pri" mükafatına layiq görülüb.

Beçiçi dincəlmək üçün Monteneqronun ən yaxşı şəhərlərindən biri sayılır. Beçiçi şəhərində bura istirahətə gələn turistlər üçün hər cür şərait yaradılmışdır. Şəhər ərazisində çoxlu restoranlar, kiçik kafelər, iaşə obyektləri, mağazalar və otellər hər kəsin istifadəsinə verilir.

Siz Adriatik dənizinin sahilində lüks otellərdə, villalarda istirahət edə bilərsiniz. Şəhər ərazisindəki Splendid Conference&Spa Beach Resort 5*, Bella Vista 4*, The Queen of Monteneqro 4*, Sentido Tara Maqnolia Villas 4*, Dolce Vita 3*, Alet 2* kimi otellər burada istirahət edən hər kəsə yüksək xidmət göstərir. Otellərdə müştərilərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Hər bir kəsin zövqünə uyğun otaqlar, restoran və barlar, spa mərkəzləri, kazino, konfrans otaqları, aqua park və s. fəaliyyət göstərir.

Monteneqronun Beçiçi şəhərində dincəlmək üçün "Millennium Tourism & Congress DMC" şirkətinə müraciət edə bilərsiniz.

Ünvan: Nigar Rəfibəyli, 12/14; AZ1001 Bakı, Azərbaycan
Tel: 012 497 54 00
Mob: 070 221 90 14

Məqalədə:
Xəbər lenti

Xəbər lenti