...

Azərbaycanda bank ehtiyatları il ərzində cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2013 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

2013-cü ilin I yarısında Azərbaycanda pul bazası mütəmadi artım nümayiş etdirib və iyulun 1-nə olan vəziyyətə görə, ölkədə genişləndirilmiş pul bazası 10329,9 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

AMB-nin məlumatına görə, illik hesablamada pul bazası 18,3 faiz artıb. Müqayisə üçün 2012-ci ilin 6 ayının nəticələri üzrə bu göstərici 8730,4 milyon manat olub.

AMB-nin məlumatına əsasən, 2013-cü ilin iyulun 1-nə pul bazası manatda 10265,2 milyon manat olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 8654,4 milyon manat təşkil edib.

Hesabat dövründə tədavüldəki pul həcmi 9765,2 milyon manat olub, halbuki 2012-ci il iyulun 1-nə bu göstərici 8183,9 milyon manat təşkil edib.

Öz növbəsində, bank ehtiyatları 539,3 milyon manata bərabər olub ki, bu da ötən ilin iyun ayının nəticələrindən (527,8 milyon manat) 2,2 faiz çoxdur.

2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, tədavüldəki nağd pul kütləsinin pul bazasına nisbəti 94,5 faiz olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 93,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti