...

Azərbaycanın pul bazası rekord səviyyəyə yaxınlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2013 12:47 (UTC +04:00)
2013-ci il avqustun 1-nə olan vəziyyətə görə, manatda pul bazası 10 427,6 milyon manat təşkil edib.
Azərbaycanın pul bazası rekord səviyyəyə yaxınlaşır

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir E. Əliyev/

2013-ci il avqustun 1-nə olan vəziyyətə görə, manatda pul bazası 10 427,6 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) statistik məlumatında bildirilir.

Pul bazasının həcmi 2013-cü ilin iyul ayının göstərcisi ilə müqayisədə (AMB-nin ötən ilin avqustuna olan məlumatına görə, Azərbaycanda pul bazasının həcmi 8 940,2 milyon manata bərabər olub) 16,6 faiz artıb.

İlin əvvəlinə nisbətən pul bazasının həcmi 0,8 faiz azalıb. 2013-cü ilin yanvarın 1-nı olan vəziyyətə görə, bu göstərici rekord səviyyəyə - 10 515 milyon manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti