...

Gəncə-Bakı aviareysi üzrə uçuşlar gündəlik həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2013 10:58 (UTC +04:00)
Məlumata görə, artıq xeyli vaxtdır təyyarə ilə Bakıya və əks istiqamətə gedib-gələnlərin sayında yüksək artım müşahidə olunduğundan uçuşların gündəlik həyata keçirilməsinə qərar verilib.
Gəncə-Bakı aviareysi üzrə uçuşlar gündəlik həyata keçiriləcək

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.İsmayılov/

Avqustun 27-dən Gəncə-Bakı aviareysi üzrə uçuşlar gündəlik həyata keçiriləcək. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumata görə, artıq xeyli vaxtdır təyyarə ilə Bakıya və əks istiqamətə gedib-gələnlərin sayında yüksək artım müşahidə olunduğundan uçuşların gündəlik həyata keçirilməsinə qərar verilib.

Qeyd edək ki, hazırda həmin reysdə uçuşlar həftədə 2 dəfə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti