...

Azərbaycanda ərzaq məhsullarının qiymətləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2013 18:39 (UTC +04:00)
2013-cü ilin avqust ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
Azərbaycanda ərzaq məhsullarının qiymətləri ucuzlaşıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

2013-cü ilin avqust ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz ucuzlaşıb.

Ay ərzində un, qarabaşaq yarması, pasterizə olunmuş və olunmamış üzlü süd, alma, armud, şaftalı, qarpız və yemiş, üzüm, kələm, pomidor, bibər, badımcan, çuğundur, soğan, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun əti, toyuq əti, kolbasa məmulatları, xama, yumurta, kərə yağı, limon, kök, göy lobya, xiyar və göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti