...

Mərkəzi Bank: 2014-cü il dövlət büdcəsi Azərbaycanın yeni iqtisadi doktrinasının əsasını qoyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 17:59 (UTC +04:00)
Azərbaycanın 2014-cü il dövlət büdcəsi ölkənin yeni iqtisadi doktrinasının əsasını qoyur.
Mərkəzi Bank: 2014-cü il dövlət büdcəsi Azərbaycanın yeni iqtisadi doktrinasının əsasını qoyur

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanın 2014-cü il dövlət büdcəsi ölkənin yeni iqtisadi doktrinasının əsasını qoyur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisdə 2014-cü il büdcə zərfinin müzakirəsi zamanı bildirib.

E.Rüstəmov deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin ciddi şəkildə azalması indiki büdcənin ən əhəmiyyətli trendidir: "Bu, asan məsələ deyil. Ötən 10 il ərzində ölkənin dövlət büdcəsi 19 dəfədən çox artaraq milli iqtisadiyyatın artım sürətini 6 dəfə qabaqlayıb. Neft Fondundan transfertlərin həcminin azalması ondan xəbər verir ki, ölkənin gələcək iqtisadi artımı digər amillərə - qeyri-neft sektoruna söykənəcək".

Onun sözlərinə görə, beləliklə, ARDNF-nin fəlsəfəsinə də əməl ediləcək:

"Fond diqqəti əsas funksiyaya - qənaət, ölkənin neft gəlirlərinin çoxalması və ən əhəmiyyətli layihələrin və istiqamətlərin maliyyələşdirilməsinə cəmləyəcək. ARDNF-dən transfertlər ən müxtəlif sahələrə - infrastruktur, təhsil və digərlərinə investisiyalarla əvəz ediləcək. Gələn ilin dövlət büdcəsi özündə Azərbaycanın iqtisadi inkişafına və qeyri-inflyasiya mənbələrinin hesabına büdcə kəsirinin maliyyələşdirilməsinə yeni yanaşmanı ehtiva edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti