...

"Rabitəbank" kapitalını daha 3,5 milyon dollar artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2013 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir A.Axundov/

"Rabitəbank" ümumi dəyəri 2,72 milyon manat olan səhmlərin emissiyasının yerləşdirilməsini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü bankın İdarə Heyətinin yaydığı xəbərdə deyilir.

Bununla da bankın nizamnamə kapitalı 42,72 milyon manatadək artıb, məcmu kapitalı isə 50 milyon manatı ötür.

Hər birinin nominal dəyəri 20,29 manat olan 134 100 ədəd adi, sənədsiz, adlı səhmlərin yerləşdirilməsi 2012-ci il iyunun 18-də başlayıb və bu il mayın 1-də başa çatıb.

Bankın səhmlərini Bakı Fond Birjasında borkerlər vasitəsilə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti