...

“Azərbaycan Hava Yolları” Tehrana reyslərin sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 11:47 (UTC +04:00)
Dekabrın 28-dən "Azərbaycan Hava Yolları" QSC Tehrana gündəlik uçuşlar həyata keçirməyə başlayacaq. Trend xəbər verir ki, bu barədə QSC-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
“Azərbaycan Hava Yolları” Tehrana reyslərin sayını artırır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/

Dekabrın 28-dən "Azərbaycan Hava Yolları" QSC Tehrana gündəlik uçuşlar həyata keçirməyə başlayacaq. Trend xəbər verir ki, bu barədə QSC-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, aviaşirkətin təyyarələri dekabrın 28-dən şənbə günləri də Bakıdan Tehrana və əksinə aviareyslər həyata keçirəcək.

Təyyarə Bakıdan yerli vaxtla saat 11:15-də ucaçaq və elə həmin gün saat 13:55-də paytaxta qayıdacaq.

Aviaşirkətin saytında yerləşdirilmiş reyslərin cədvəlinə görə, hazırda QSC-nin təyyarələri Bakıdan Tehrana şənbə günlərindən başqa həftədə altı dəfə reyslər həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti