...

"Finca Azerbaijan"da direktor dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 19:49 (UTC +04:00)
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı yeni "Binəqədi" filialının açılış mərasimini keçirilib.
"Finca Azerbaijan"da direktor dəyişib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı yeni "Binəqədi" filialının açılış mərasimini keçirilib.

Təşkilatdan çərşənbə günü Trend-ə verilən məlumata görə, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 ünvanında yerləşən yeni ofisin açılış mərasimində "FINCA Azerbaijan"ın rəhbər şəxsləri, müxtəlif bankların nümayəndələri və müştərilər iştirak ediblər.

"FINCA Azerbaijan" təşkilatının dekabr ayından etibarən təyin olunmuş yeni direktoru Timoti Tarrant ilk dəfə çıxış edib. Qonaqlar yeni "Binəqədi" filialının dinamik inkişafını, müştəri xidmətlərinin operativliyini və işçi heyətinin peşəkar rəftarını qeyd ediblər. Qısa müddət ərzində yeni filial 13 nəfərdən ibarət işçi heyətinin qurulmasına və yeni, müasir, FINCA standartlarına tam cavab verən inzibati binada fəaliyyət göstərməyə nail olub.

Filial Bakının Binəqədi rayonu və Fatmayi, Mehdiabad, Kürdəxanı və digər ətraf kəndlərdə ticarət, xidmət, istehsalat və kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlara FINCA-nın kredit məhsullarını təklif edir.

Qeyd edək ki, "FINCA Azerbaijan" yaxın gələcəkdə Yasamal rayonunda, H.Z.Tağıyev və Saray qəsəbələrində yeni ofislərini müştərilərin xidmətinə verməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti