...

"TuranBank" FHN işçilərinə istehlak kreditləri üzrə 3 faizlik endirim təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2013 18:13 (UTC +04:00)
Hər il dekabrın 16-sı ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 2005-ci ilin məhz həmin günündə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb.
"TuranBank" FHN işçilərinə istehlak kreditləri üzrə 3 faizlik endirim təklif edir

Azərbaycan, Bank, 13 dekabr /Trend/

Hər il dekabrın 16-sı ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 2005-ci ilin məhz həmin günündə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb.

"TuranBank" nazirlik əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir və 16-18 dekabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Bankdan Trend-ə verilən məlumata görə, kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri təklif edir. Bank "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirib. Bundan sonra adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz və arayışsız bankın istənilən filialında əldə etmək mümkündür.

Bank, eyni zamanda, "facebook" sosial şəbəkəsinin istifadəçiləri üçün yeni hədiyyəli aksiyaya start verib. Dekabrın 24-dək davam edəcək aksiya çərçivəsində "TuranBank"ın facebook-dakı rəsmi səhifəsinin (https://www.facebook.com/TuranBankASC) izləyiciləri öz dostlarını bu səhifəni bəyənməyə (like) dəvət etməlidirlər. Bankın "facebook" səhifəsini bəyənmiş ən çox dost sayına malik 10 iştirakçıya 100 manat mədaxil edilmiş və qalibin özünün seçdiyi dizaynlı (şəkilli) "MasterCard" kartı hədiyyə olunacaq.

"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın "MasterCard" məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti