...

"Bank of Baku" kino həvəskarlarına Yeni il sürprizini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 17:44 (UTC +04:00)
Bankdan Trend-ə verilən məlumata görə, bu gündən etibarən "Park Cinema" kinoteatrlarında (Park Bulvar, Metro Park) "Bolkart"la bilet alan hər kəsə popkorn və "Coca-Cola" hədiyyə olaraq veriləcək.
"Bank of Baku" kino həvəskarlarına Yeni il sürprizini təqdim edir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

"Bank of Baku" kino həvəskarlarına Yeni il sürprizini təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, bu gündən etibarən "Park Cinema" kinoteatrlarında (Park Bulvar, Metro Park) "Bolkart"la bilet alan hər kəsə popkorn və "Coca-Cola" hədiyyə olaraq veriləcək.

Kampaniya 6 yanvar 2014-cü il tarixinə kimi davam edir. Bu tarixə qədər "Bolkart" sahibləri istənilən gün və istənilən kinoseansa bilet ala bilərlər.

Heç bir nağd ödəniş etmədən kart sahibləri şəhərimizin yeganə kinoteatrlar şəbəkəsi olan "Park Cinema"da məşhur filmlərə baxa bilərlər. Alınmış biletlərin dəyərini isə 1 və ya 3 aya ödəmək mümkündür.

Bu gün 180 mindən çox Azərbaycan vətəndaşı "Bolkart"la alış-veriş edir, kartdan nağd pul çıxarır və "Bolkart"ın digər imtiyazlarından faydalanır. "Bolkart MasterCard" isə sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Daha ətraflı:www.facebook.com/bolkart və ya www.facebook.com/parkcinema

Məqalədə:
Xəbər lenti

Xəbər lenti