...

Bakı Metropoliteni əhəmiyyətli texnoloji obyektin tikintisini yekunlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2014 15:44 (UTC +04:00)
Bakı Metropoliteni "28 May" stansiyası ərazisində yerləşən yeni texnoloji korpusun tikintisini başa çatdırır.
Bakı Metropoliteni əhəmiyyətli texnoloji obyektin tikintisini yekunlaşdırır

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "28 May" stansiyası ərazisində yerləşən yeni texnoloji korpusun tikintisini başa çatdırır. Bu barədə Trend metropolitenin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, yeni korpus hərəkətin idarəsini, təşkilini və tənzimlənməsini, habelə sərnişinlərin təhlükəsizliyini təmin edəcək.

Qeyd olunur ki, texnoloji korpusun əsas obyekti, hərəkətin təşkili və ümumiyyətlə, metropolitenin fəaliyyətinin təşkili və nizamlanmasında ən vacib sahə olan dispetçer məntəqələri və onların təchizatı üzərində işlər də tamamlanma mərhələsindədir: "Dispetçer məntəqələrinin özündə də bütün təşkilati işlər yekunlaşıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti