...

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2014 18:01 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram”ını həyata keçirir.
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram"ını həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Artıq məlumat verildiyi kimi, sahibkarların və menecerlərin "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə ötən ilin 29 oktyabr- 2 noyabr tarixlərində namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilib və müsabiqədə iştirak edən 80 sahibkar və menecerdən 54-ü müvəffəqiyyət qazanıb. Müsabiqədən uğurla keçənlər iqtisadi kooperasiya, kənd təsərrüfatı, səhiyyə üzrə müvafiq qrupların tərkibində Almaniyanın müxtəlif təlim və tədris müəssisələrində 2014-cü ilin mart və oktyabr-noyabr aylarında ixtisasartırma kursları keçəcəklər.

Almaniyanın Hamburq şəhərində yerləşən "COGNOS İnternational" Tədris Mərkəzində və müvafiq müəssisələrdə 2-29 mart tarixlərində "İqtisadi kooperasiya" üzrə tədris və təcrübə keçəcək 26 sahibkar və menecerlər üçün Bakı Biznes Tədris Mərkəzində hazırlıq seminarı keçirilib.

2 gün davam edən tədbirdə sahibkarlara və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti