...

Unibank müştərilərinə 90 min manatlıq uduş fondu ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 12:04 (UTC +04:00)
Unibank-ın daha bir lotereyasının qalibləri açıqlanıb. Bankın "Nağd kredit əldə edin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereyasının 4-cü tirajının qalibləri müəyyən edilib.
Unibank müştərilərinə 90 min manatlıq uduş fondu ayırıb

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Unibank-ın daha bir lotereyasının qalibləri açıqlanıb. Bankın "Nağd kredit əldə edin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereyasının 4-cü tirajının qalibləri müəyyən edilib.

Bankdan Trend-ə verilən məlumata görə, müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.

Oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında 390 qalib elan ediləcəkdir. Uduşun ümumi fondu 90 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. 26 qalib olan hər tirajın uduş məbləği 6000 AZN təşkil edir. Lotereya qaliblərinin siyahısı unibank.az saytında (http://www.unibank.az/az/about-bank/news/221/) və "525-ci qəzet"in bugünkü sayında dərc olunub.

Unibank-dan kredit götürənlər Nissan qazanmaq şansına da sahib olurlar. Bankın martın 10-dək davam edəcək "Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin" adlı lotereyası çərçivəsində, bankın daha 2 müştərisi Nissan avtomobili əldə etmək şansı qazanacaq. 10 mart 2014-cü il tarixinədək Unibankdan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar. Ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə Nissan Altima markalı avtomobilin sahibi olacaq.

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD -si 2 şans kimi qiymətləndirilir.

Üstəlik, hal-hazırda kampaniya çərçivəsində kredit götürən müştərilərə 6% -dək endirim edilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti