...

Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 17:34 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,7 faiz bahalaşıb.
Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycanda 2013-cü ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,2 faiz bahalaşma müşahidə edilib.

Ötən ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 1,1 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,9 faiz bahalaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,6 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,5 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 1,2 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşıb.

Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 1,1 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti