...

ABB-nin Səbail filialı şənbə günləri də fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2014 15:28 (UTC +04:00)
"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) Səbail filialında 10 fevral 2014-cü il tarixindən etibarən 6 günlük, fasiləsiz iş rejimi tətbiq edilib.
ABB-nin Səbail filialı şənbə günləri də fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) Səbail filialında fevralın 10-dan etibarən 6 günlük fasiləsiz iş rejimi tətbiq edilib. Bu barədə Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Filial şənbə günlərində saat 10:00-dan saat 16:00-dək fiziki şəxs olan müştərilərinə xidmət göstərəcək.

Şənbə günlərində hesabların açılması və bağlanması, əmanət, kart, konvertasiya, kredit, kassa əməliyyatları, həmçinin elektron bankinqə qoşulma, pul köçürmələri, xidmət haqlarının ödənişləri kimi əməliyyatlar həyata keçiriləcək.

Səbail filialı Bakı, L.Tolstoy küçəsi, 191 ünvanında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti