...

VTB (Azərbaycan) korporativ müştərilərə yeni kredit şərtləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2014 10:56 (UTC +04:00)
Bank VTB (Azərbaycan) korporativ müştərilərə sərfəli şərtlərlə və girovsuz 11 000 manatadək nağd kredit təklif edir.
VTB (Azərbaycan) korporativ müştərilərə yeni kredit şərtləri təklif edir

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bank VTB (Azərbaycan) korporativ müştərilərə sərfəli şərtlərlə və girovsuz 11 000 manatadək nağd kredit təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, müştəri-şirkətin istənilən əməkdaşı iş yerindən arayışa və şəxsiyyəti təsdiq edən sənədlərə əsasən illik faiz dərəcəsi 22%-dən başlayaraq nağd kreditlər əldə edə bilər.

Kreditin minimal məbləği 300 manat. Kreditin müddəti - 6 aydan 36 ayadək.

Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsinin rəisi Tural Vəliyev: "Korporativ kanalın əməkdaşları ilə aparılan iş VTB (Azərbaycan) ASC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki, müvafiq müştərilər daha sabit və etibarlıdır, həmçinin defolt riski bu halda daha azdır. Bank müvafiq müştərilərə kredit verərkən əlverişli qiymət şərtləri, minimal komissiya təklif edir, habelə müştəri krediti alarkən mövcud olan digər xərclərdən azaddır. Müştərilərimiz tanınmış dövlət, istehsalat, telekommunikasiya, avtomobil, lizinq və treyder şirkətlərinin, həmçinin tibb müəssisələrinin əməkdaşlarıdır".

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti