...

Yeni zavod Azərbaycanın sərnişin vaqonlarına tələbatını ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.İsmayılov/

İsveçrənin "Stadler" şirkəti Gəncədə vaqonqayırma zavodunun tikinti layihəsini hazırlayır. Bunu çərşənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, zavod sərnişin vaqonlarının tikintisi və əsaslı təmirini təmin etməyə imkan verəcək: "Hazırda şirkət layihə üzərində iş aparır ki, bu da onun yekun variantını təqdim etməyə imkan yaradacaq".

Gəncədə vaqon deposunun bazasında yaradılacaq yeni zavodun tikintisinə 2014-cü il ərzində başlanılacağı gözlənilir.

N.Əzməmmədov qeyd edib ki, QSC və şirkət nümayəndələri yaxın vaxtlarda görüşəcəklər və əməkdaşlığın təfərrüatları müzakirə olunacaq: "Görüş zamanı, həmçinin tərəflər QSC-nin sərnişin vaqonları alması barədə ətraflı müzakirə aparacaqlar. Həmin vaqonlar Bakı-Tbilisi-Qars yeni dəmiryolu istismara verildikdən sonra istifadə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti